İstanbul nəhəngi transfer bazarını silkələməyə hazırlaşır - Lukaku, Vlahoviç, Sörlot…

“Fənərbağça” klubunda prezident seçkisi öncəsi transfer gündəmi daha da qızışıb. Prezidentliyə namizədlər Əziz Yıldırım və Hakan Safi komandanın hücum xəttini dünya səviyyəli forvardla gücləndirmək niyyətindədir.

Referans Media xəbər verir ki, hər iki namizəd seçkidən sonra heyətə ulduz hücumçu cəlb etmək üçün ciddi çalışmalar aparır.

Məlumata görə, mövsümün gedişində Yusif Ən-Nesyri, Con Duran və Cenk Tosun ilə yolların ayrılması komandanın hücum xəttində həm say, həm də təcrübə baxımından boşluq yaradıb.

Namizədliyini rəsmi olaraq elan edən Əziz Yıldırım “dünya səviyyəli heyət” quracaqlarını bildirərkən, Hakan Safinin də oxşar transfer strategiyası üzərində çalışdığı qeyd olunur.

İddialara əsasən, hər iki namizədin transfer siyahısında Romelu Lukaku, Alexander Sörlot və Duşan Vlahoviç kimi məşhur hücumçular yer alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki