Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb.
Referans xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.