Kaya Kallas Azərbaycandadır Kaya Kallas Azərbaycandadır

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.

Bu barədə Referans Media-ya  Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

 
“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”, – Kallas qeyd edib.

Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki