Gündəlik kifayət qədər insan kredit götürmək üçün banklara müraciət edir. Onların arasında təqaüdçülər və həssas qrupdan olan insanlar da var. Dünyanin bir çox ölkələrində həssas qrupdan olan insanlar üçün güzəştli kreditlər mümkündür.
Bəs bu mexanizmlərin ölkəmizdə tətbiqi mümkündür?
Referans Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, ölkədə kommersiya bankları tərəfindən vətəndaşlara verilən kreditlərdə hər hansı güzəşt nəzərdə tutulmayıb:
“Bu baxımdan müqavilə şərtlərinin hər hansı formada dəyişdirilməsi, güzəştlərin verilməsi və ya ödəniş qaydalarının yenidən formalaşdırılması bankın qərarı ilə mövcud ola bilər”.
Ekspert qeyd edib ki, güzəştin tətbiq edilib-edilməməsi bankın daxili qaydalarından asılıdır. Bununla bağlı bankı məcbur eləmək qanunvericilikdə yoxdur.
Deputat Vüqar Bayramovun sözlərinə görə, kreditlər üzrə güzəştlərin tətbiq edilməməsi və ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməməsi bəzi hallarda problemli kreditlərin artmasına səbəb olur.























