Kreml Cənubi Qafqazla bağlı Qərbə mesaj göndərdi

Rusiyanın Cənubi Qafqazdakı maraqları sarsılmazdır və "gözəl sözlərə" baxmayaraq, Qərb Moskvanı əvəz edə bilməyəcək.

Referans Media  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib.

"Vurğulayım ki, Qərb gözəl vədlərinə rəğmən, nə təhlükəsizlik sahəsində, nə də iqtisadiyyatda yaxın gələcəkdə Cənubi Qafqaz üçün Rusiyanı əvəz edə bilməz və edə bilməyəcək. Bizim regiondakı maraqlarımız isə sarsılmazdır", — deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki