“8 avqustda qəbul edilən sənəd sənəd deyil, 9 noyabrda (10 noyabr 2020-ci li tarixli üçtərəfli Bəyanat) qəbul edilən isə gerçək sənəddir”.
Musavat.com yazır ki, bu sözləri Xocalı qatili, keçmiş mifik rejimin “təhlükəsizlik şurası” katibi Vitali Balasanyan deyib.
O, növbəti dəfə utopik fikirlər səsləndirib: “” Artsax”ın qaytarılması Paşinyan üçün bağlanıb, bizim üçün yox. 9 noyabr tarixli qüvvədə olan bir sənəd var”, – deyə Balasanyan çərənləyib.
Halbuki Ermənistan hökumətinin başçısı Nikol Paşinyan “9 noyabr sənədi 9 noyabrda qaldı” deyərək sənədin etibarını itirdiyini açıqlayıb. Amma antiterror əməliyyatı zamanı Qarabağdan tülkü kimi qaçan hərbi cani indi Xankəndiyə yenidən qayıdışdan dəm vurur.
Bu azmış kimi, “artsax” mövzusunun qapanmadığını iddia edib. Hərçənd, bu erməni canisinin fikirləri deyil, Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacibdir. Üstəlik, erməni baş nazir Qarabağa qayıdışı təhlükə adlandırıb. Bunu həm Rusiyanın keçmiş münaqişəni yenidən qızışdırmaq riski, həm də Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı şərtimizlə əlaqələndirir.
O ki qaldı Balasanyanın qayıdışına, gəlsin, onu Laçın Sərhəd-Keçid Məntəqəsində Azərbaycan hərbçiləri gözləyir. Çünki Azərbaycanda Balasanyana qarşı cinayət işi qaldırılıb. O, Xocalıda 600-dən çox dinc sakininin ölümünə səbəb olan hərbi cinayətkarlardan biri sayılır. Ona görə də əslində, çoxdan Araik və digər canilərlə birlikdə “çay içməli”, yanaşı mühakimə olunmalı idi. Ancaq yenə də gec deyil və Qarabağa gələ bilər. Balasanyanın 2020-ci il 9 (10) noyabr bəyanatına istinadı isə Rusiyanın maraqlarına xidmət edir. Son aylar Rusiya rəsmiləri tez-tez üçtərəfli sənədin bəndlərini yada salır. Ən son olaraq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzur dəhlizi ilə bağlı danışarkən üçtərəfli razılaşmanın 9-cu bəndini xatırladıb.
O baxımdan, Balasanyan kimi Kreml “qulbeçəsi”nin sərsəmləmələri revanşist-terrorçu tör-töküntülərin hələ də İrəvanda oturub Moskvadan “qidalandığını” sübut edir. Ümumiyyətlə, Rusiya seçkilər yaxınlaşdıqca separatçı və destruktiv qrupları daha da aktivləşdirəcək. Kreml Qarabağdan gedən ermənilər üzərindən köhnə narrativləri təkarlamağa davam edir. Bunun göstəricidir ki, Avrasiya Beynəlxalq Təşkilatı tərəfindən Rusiya Humanitar Missiyası ilə birgə və “Rossotrudniçestvo”nun dəstəyi ilə “Rusiya sizinlədir” adlı Qarabağdan köçmüş ermənilərə növbəti humanitar yardım göndərilib.
Bundan az əvvəl isə “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda “CivilNet” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycan “əsirliyində” olan Ruben Vardanyanı unutmadığını, sadəcə, Ukraynadakı müharibədə resursların itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirib. O, erməni jurnalistə deyib ki, “əgər Qarabağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz. Rusiya üçün Qarabağ məsələsi bitməyib. Moskva hər zaman erməniləri (azərbaycanlılara nisbətən) daha yaxın hesab edib”.
Göründüyü kimi, Azərbaycan-Rusiya münasibətlərinin vurulan təyyarə və digər problemlərlə bağlı soyuq dövründə Kreml yenə “Qarabağ kartı”nı işə salır. Ancaq bu dəfə…























