Bundan sonra küçələrə çıxanlar etirazçı yox, düşmən hesab ediləcək və polis qüvvələri onlara qarşı amansız davranacaq.
Referans Media xəbər verir ki, bunu İran Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan İran televiziyasına müsahibəsində deyib.
“Polis və digər silahlı qüvvələrinin barmaqları tətikdədir, vətəndaşlar etiraz aksiyaları barədə düşünməməlidir”, – Radan bildirib.






















