Kürsülərdən uzaq, ürəklərə toxunan addım: Millət vəkili Ağalar Vəliyev görün nə etdi - Şəhid əmanətləri və əlaçı şagirdlər...

Bu xəbəri eşidəndə ilk ağlıma gələn o oldu ki, rəsmi protokollardan, quru hesabatlardan uzaq, insanı daxilən tərpədən çox fərqli bir mənzərə var ortada. 

Çünki iyunun 29-da Xaçmazda baş tutan o mükafatlandırma mərasimi sadəcə bir deputat tədbiri deyil, əslində çox incə düşünülmüş bir mənəviyyat hekayəsidir.

Gəlin, məsələyə rəsmiyyəti bir kənara qoyub tamamilə insani tərəfdən baxaq. Milli Məclisin deputatı Ağalar Vəliyevin bu təşəbbüsü və şəxsi maliyyə dəstəyi ilə ərsəyə gələn o səhnədə cəmiyyətin ən kövrək və ən güclü nöqtələri birləşdi. 

Kimlər var idi orda? 

Bu millətin gələcəyini ilmə-ilmə toxuyan qabaqcıl müəllimlər, gecəsini gündüzünə qatıb oxuyan əlaçı şagirdlər və ən əsası... bu vətən üçün canını sipər edənlərin bizə ən müqəddəs əmanəti olan Şəhid və Qazi övladları.

Məncə, bir millət vəkilinin həqiqi çəkisi rəsmi kürsülərdə etdiyi çıxışlarla deyil, toxunduğu insanların həyatındakı izlərlə ölçülür. 

Ağalar Vəliyev bu addımı ilə göstərdi ki, o, sadəcə qanun yazan yox, həm də o qanunların arxasındakı insan faktorunu, o insan bədənindəki döyünən ürəyi hiss edən biridir. 

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin və rayon ictimaiyyətinin də qatıldığı o məclisdə mükafat alan hər bir uşağın gözündəki parıltı, hər bir şəhid övladının üzündəki o bircə anlıq təbəssüm, əslində Ağalar müəllimin fəaliyyətinin ən böyük və ən real hesabatıdır.

Bu gün cəmiyyət olaraq bizim ən çox ehtiyac duyduğumuz şey diqqətdir, dəyər verilməkdir. Müəllimin əməyini görmək, uğur qazanan gənci vaxtında həvəsləndirmək və qəhrəmanlarımızın ailələrinə "siz tək deyilsiniz" mesajını vermək... Budur əsl ziyalılıq, budur əsl xalqın adamı olmaq.

Xaçmazdakı bu gözəl gün sadəcə yaddaşlarda xoş bir xatirə olaraq qalmayacaq, həm də o gənclərin gələcək uğurlarına böyük bir təkan olacaq. 

Millətinə bu cür saf duyğularla, ürəklə bağlanan, mənəvi dəyərləri hər şeydən uca tutan millət vəkilimiz Ağalar Vəliyevə bu nəcib və örnək addımına görə təşəkkür etmək hər birimizin borcudur. Yaxşı ki varsınız. 

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki