Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın erməni məhsullarının idxalına tətbiq etdiyi qadağanın sanksiya kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.
Referans Media xəbər verir ki , Paşinyan jurnalistlərə açıqlamasında bu məsələyə münasibət bildirib.
“Bu vəziyyətdə “sanksiya” sözündən istifadə etmək doğru deyil. Heç bir sanksiya yoxdur və ola da bilməz”, — deyə Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan əlavə edib ki, sözügedən məsələ ilə bağlı mövcud problemləri Avrasiya Hökumətlərarası Şurasının yaxın iclasında müzakirə etməyi planlaşdırır./KONKRET.az
