“Qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı sanksiyalar dəyişdirilir. Qumar oyunlarının virtual formada təşkili də cinayət hadisəsi hesab olunacaq”.
Referans Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Hüseynli deyib.
“Yetkinlik yaşına çatmayanların qumar oynaması ilə bağlı cəzalar sərtləşdiriləcək.
Bizim borcumuz həmin şəxsləri qorumaqdır”, – deyə deputat bildirib.
