backend

Laçın və Kəlbəcərdə yanğın: 2 helikopter cəlb olundu

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub.

Referans Media  bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb.

Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki