“Oboronstroy” Assosiasiyasının sabiq vitse-prezidenti İrina Yasakova həbs olunmazdan əvvəl gizlənib və konspirasiya şəraitində yaşayıb.
Referans Media xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
Məhkəmə sənədlərindən məlum olur ki, Yasakova qeydiyyatda olduğu ünvanda yaşamayıb. Onun başqa ölkədə daşınmaz əmlakı və yaşayış icazəsi də var.
Bununla belə, vəkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib, çünki təqsirləndirilən şəxs xarici pasportunu istintaqa təhvil verib və istintaq hərəkətlərində könüllü iştirak edib.
Məhkəmə 24 noyabr 2025-ci il tarixində Yasakovanı həbs edib. O, 786 milyon rubl məbləğində dələduzluqda ittiham olunur.
Qeyd edək ki, 2017-ci ildə Yasakova Voloqda vilayətinin ən varlı deputatı kimi tanınıb. O, Rusiyanın Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən bir neçə şirkətə rəhbərlik edib, onların sırasında “Oboronstroy” da var./Publika.az























