Böyük Britaniyanın Müdafiə naziri Lord Koaker Böyük Britaniya və Azərbaycan arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə Bakıya səfər edib.
Referans Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfərdən məqsəd müdafiə və təhlükəsizlik məsələlərini müzakirə etmək olub.
Məlumatda həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın Böyük Britaniya–Azərbaycan strateji tərəfdaşlığının əsas sütunlarından biri olacağı və regional sabitlik və uzunmüddətli sülhün əhəmiyyətinə dair ortaq anlayışı əks etdirəcəyi bildirilib.
Bundan başqa artan təhdidlər fonunda ölkələrin ortaq strateji maraqlar üzrə birgə işləməyə davam edəcəyi vurğulanıb.






















