image-xinbackend

Rəsmi Bakıdan Venesuelada baş verənlərə münasibət

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Referans Media xəbər verir ki, XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov bu barədə venesuelalı həmkarı ilə telefon danışığı zamanı bildirib.

Qeyd edilib ki, nazir Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki