Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında İrandakı iğtişaşlarla bağlı açıqlamalar verib.
Referans Media yerli mətbuata istinadən xəbər verir ki, Baxçalı İrandakı iğtişaşların Türkiyəni təhdid etdiyini bildirib.
“İrana zərbə vuranların, İranı iflic etmək üçün gizli əməliyyatlar aparanların kimliyi məlumdur. Təhdid olduqca tanışdır. “Gəzi Parkı” hadisələri ilə oxşarlıqlara diqqət çəkmək lazımdır. Bu gün birlik olmaq günüdür”, – deyə o vurğulayıb.
Baxçalının sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İrandakı hadisələrlə bağlı açıqlamaları dünyanın öz yolundan çıxmasının göstərcisidir:
“Təxminən 5 milyard insan münaqişələrin və müharibələrin mərkəzindədir. Trampın sözləri dünyanın öz yolundan çıxmasından başqa bir şey deyil. ABŞ prezidentinin müdafiə etdiyi qlobal kartelləşmədir. Bu, zorakılığa və silahlara əsaslanan siyasətlə qitələrin və coğrafiyaların qanunsuz blokadasıdır. ABŞ-ın qlobal təşkilatlardan tədricən çıxması və bəşəriyyətin sonu üçün hazırladığı ssenarilər danılmaz bir reallıqdır”.publika.az






















