Makron qalmaqalının arxasından GÖRÜN NƏ ÇIXDI: Vurulan şillənin səbəbi bəlli oldu

Fransa Prezidenti Emmanuel Makron ilə həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnam səfəri zamanı yaşandığı iddia edilən “şillə qalmaqalı” ilə bağlı yeni iddialar ortaya çıxıb.

Referans Media xəbər verir ki, fransalı jurnalist Florian Tardifin yeni kitabında yer alan məlumatlara görə, hadisənin arxasında Emmanuel Makron ilə iranlı aktrisa Gülşiftə Fərahani arasında “mesajlaşma” olduğu iddia edilir .

İddiaya əsasən, Makronun Fərahaniyə “Sizi çox gözəlsiniz” kimi mesajlar göndərməsi və tərəflər arasında bir müddət davam edən yazışmaların olması Bricit Makron tərəfindən aşkarlanıb. Məhz bu səbəbdən Vyetnam səfəri zamanı təyyarədə tərəflər arasında gərginlik yaşandığı iddia edilir.

Sosial şəbəkələrdə geniş müzakirə olunan görüntülərdə Bricit Makronun həyat yoldaşına əl hərəkəti etdiyi anlar “şillə” kimi şərh edilmişdi.

Lakin Fransa Prezident Administrasiyası və Bricit Makronun yaxın ətrafı bu iddiaları qəti şəkildə təkzib edib. Rəsmi açıqlamalarda Birinci xanımın prezidentin telefonunu yoxlaması və hər hansı gizli münasibət iddiasının həqiqəti əks etdirmədiyi bildirilib.

Emmanuel Makron isə daha əvvəl yayılan görüntüləri şərh edərək bunun ailə mübahisəsi deyil, sadəcə “zarafat və gündəlik jest” olduğunu qeyd etmişdi.

Hadisə ilə bağlı müzakirələr isə Fransada və beynəlxalq mediada yenidən gündəmə gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki