Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan “Eliko” MMC-nin vəzifəli şəxsini cərimələyib.
Referans Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddəsinə əsasən “Eliko”nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10 000 cərimə edilib.




















