Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub.
Referans Media xəbər verir ki, Murad Adıgözəlov Azərbaycan Mərkəzi Bankının İT İnfrastruktur Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
O sentyabr ayının 10-dan yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Murad Adıgözəlov 2021-ci ildən Azərbaycan Mərkəzi Bankında çalışır. O, bu müddətdə sistem inzibatçılığı, DevOps və İT infrastrukturu istiqamətlərində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Son olaraq o, AMB-də Sistem Administrasiyası bölməsinin rəhbəri vəzifəsində çalışıb./plat.az/
