İsrail kəşfiyyat xidməti Mossad avstraliyalı həmkarlarını Avstraliya torpağında yəhudilərə qarşı hücum riski barədə xəbərdar edidmiş.
Referans Media xəbər verir ki, məlumatı Kan TV mənbələrə istinadən yayıb. Məlumata görə, Avstraliya bu cür hadisələrin riski ilə bağlı bir neçə xəbərdarlıq alıb.
Daha əvvəl Yeni Cənubi Uels Polis Rəisi Mel Lanyon agentliyinin İsraildən belə bir məlumat almadığını elan etmişdi: “Əgər polisin bu hadisə və ya yəhudi icması ilə bağlı belə bir riski göstərən kəşfiyyat məlumatları olsaydı, biz əhəmiyyətli tədbirlər görərdik”.
Qeyd edək ki, dünən iki nəfər Sidney yaxınlığındakı Bondi çimərliyində yəhudilərin Hanuka bayramını qeyd edənlərə atəş açıb. Nəticədə 16 nəfər həlak olub, onlarla yaralı var.




















