Naxçıvan şəhərində minik avtomobili ilə avtobusun toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Referans Media bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada “KIA” markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut avtobusu toqquşub.
Qəza zamanı Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Təhminə Qəhraman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü Lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.























