Sentyabrın 15-i - Bilik Günü münasibətilə Bakıdakı 21 saylı orta məktəbə baş çəkən elm və təhsil naziri Emin Əmrullayev hərəkət tərzi ilə diqqət çəkib.
Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, nazir məktəbə daxil olarkən sağ əli ilə böyrünü tutaraq asta-asta yeriyib.
Birincilər qarşısında çıxışı zamanı da azacıq belini bükərək dayanıb.
