Sentyabr ayının 12-də Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.
Referans Media xəbər verir ki, unikal-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev də toya qatılanlar sırasında olub.
Məlum olub ki, gəlinin atası - Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin keçmiş rəis müavini Elgün Feyzullayev Mərkəzi Bankın baş direktoru Tural Feyzullayevin əmisi oğludur.
Sitarə adlı xanımla evlənən Nicat Qurbanov isə Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur.
DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmış və qurumun əvvəlki sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınan polkovnik Nüsrət Qənbər oğlu Qurbanov 2023-cü ilin aprel ayında general-leytenant Şahin Bağırovun əmri ilə vəzifəsindən azad olunub.
Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.
Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

