Mübariz Mənsimovla Tofiq Musayev BİR ARADA — FOTO

Azərbaycanlı tanınmış iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov məşhur azərbaycanlı döyüşçü Tofiq Musayevlə bir araya gəlib.

Referans Media  xəbər verir ki, Mübariz Mənsimov sosial şəbəkə hesabında azərbaycanlı idmançı ilə görüşündən foto və görüntülər paylaşaraq ona dəstəyini nümayiş etdirib. İş adamı paylaşımında Tofiq Musayevin beynəlxalq arenada göstərdiyi əzmkarlığı yüksək qiymətləndirib:

"Azərbaycandan kənarda Vətənimi qürurla təmsil edən hər bir azərbaycanlı mənim üçün çox dəyərlidir. Bayrağımızı ucaldan, himnimizi səsləndirən və bizə bu qürur hissini yaşadan həmvətənlərimizlə fəxr edirəm. Tofiq Musayev də onlardan biridir. O, ölkəmizdən kənarda Azərbaycanı hər zaman layiqincə təmsil edib. Hər zaman zirvələrdə ol, Tofiq! Bayrağımızı daim ucalarda dalğalandır ki, biz də baxıb qürurlanaq! Yolun daim açıq, qələbələrin bol olsun!"


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki