Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri, tələbələri, müəllimləri, valideynləri və təhsil işçilərini Bilik Günü münasibətilə təbrik edib.
Referans Media xəbər verir ki, nazir bu brədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!
Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür.
Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram.
Bilik Gününüz mübarək!”
