Nazir əmr imzaladı: Şərur Rayon Təhsil Şöbəsinin müdiri işdən azad edildi

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində növbəti kadr dəyişikliyi baş verib.

Şərur Rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev vəzifəsindən azad edilib. Bu barədə etibarlı mənbə Referans Media-ya məlumat verib.

Məlumata görə, Əli Mehdiyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən çıxarılıb.

Hələlik Əli Mehdiyevin hansı səbəbdən vəzifəsindən azad edildiyi barədə ətraflı məlumat açıqlanmayıb. Onun yerinə kimin təyin olunacağı da məlum deyil.

Qeyd edək ki, son dövrlər Naxçıvanın təhsil sistemində kadr dəyişiklikləri diqqət çəkir. Şərur Rayon Təhsil Şöbəsinin rəhbərliyində baş verən bu dəyişiklik də muxtar respublikada təhsil idarəçiliyində aparılan yenilənmələr fonunda diqqət çəkən hadisələrdən biridir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki