Faciəvi şəkildə ölən Nəriman Qocatürkün son məktubu yayıldı - Elə şeylər yazıb ki...

Xəbər verdiyimiz kimi, bu gün BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) meyiti tapılıb.


Referans Media  Bakupost-a istinadən xəbər verir ki, Nəriman Süleymanovun ölüm səbəbini əks etdirən müraciəti üzə çıxıb.

O, ötən gün, axşam saatlarında məktub yazaraq bildirib ki,  12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparılır.

Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.

N.Qocatürk yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər.

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, ölümü yeganə çıxış yolu seçdim.

Mən bu yazını Facebook səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin.

Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qoysun”, - N.Qocatürk yazıb.

Qeyd edək ki, Nəriman Qocatürk ötən gün dünyasını dəyişib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı idi.

Cütlüyün iki oğlan övladı var.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki