Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.
Referans Media “İmedi” telekanalına istinadən xəbər verir ki, hadisəyə səbəb qaz sızması olub.
Nəticədə binanın bir hissəsi uçub.
İlkin məlumata görə, partlayış səbəbindən 4 nəfər yaralanıb, daha 7 nəfər isə itkin düşüb. Onlardan üçünün uşaq olduğu bildirilir./“Qafqazinfo”/
