Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Zaur Həsənov dövlət büdcəsini talayır.Amma nədənsə Zaur Həsənova gözün üstə qaşın deyən və dur deyən yoxdur.
Referans Media-ın məlumatına görə, heç bir fəaliyyəti olmayan bəzi həkimlərə,tibb bacılarına və təsərrüfat işçilərinə işlədikləri tam ştatdan əlavə 0,5 ştat da əlavə iş yazaraq dövlətin büdcəsini talayır. Həmin şəxslərin adlı siyahısını bu yazımıza əlavə edəcəyik. Zaur Həsənova görə guya həkim çatışmazlığı var,amma halbuki həkim çatışmazlığın əsas gətirib bu əlavə ştatları versə də, həmin adı qeyd edilənlər nəinki əlavə yazılan iş saatlarını, heç özlərinin 1.00 ştat olan iş saatlarını düzgün qaydasında vermirlər. Zaur Həsənov da hər hansısa korrupsiya marağına görə bu olanlara göz yumur, müəssisənin işçiləri və digər məsul şəxslər bu etdiklərinin qanunsuz olduğunu bildirdikdə isə “əşi nə olacaq, dövlətin puludur da, qoy artıq alsınlar” deyərək qanunsuzluqları deyənlərin ağzının üstündən vurur. Həmçinin bildirir ki, “Rəşadət”-də (indiki Naxçıvan Səhiyyə naziri əvəzini nəzərdə tutur) özümüzünküdür, narahat olmayın, onu da əlavə edir ki, neçə illərdi məni o müalicə edir( bildiyiniz kimi Zaur Həsənov direktor olmağına baxmayaraq psixotrop tərkibli dərmanlar qəbul edir).
Zaur Həsənovun qanunsuzluqları bununla da bitmir, məlumunuz olduğu kimi, Zaur Həsənov bundan əvvəl Naxçıvan Uşaq Xəstəxanasının baş
həkimi vəzifəsində işləyib. Orda işləyərkən də qanunsuz əməllərindən geri qalmayıb, əgər Naxçıvan Uşaq Xəstəxanasında və Culfa Regional Tibb Mərkəzində dərindən maliyyə təftiş yoxlaması keçirilərsə, himayədarları Zaur Həsənovu qanunun cəngindən ala bilməz və o layiqli cəzasını alar.Bildiririk ki, Zaur Həsənovun qanunsuz əməlləri nəticəsində dövlət büdcəsinə Yarım milyondan çox ziyan dəyib.
Bildiyiniz kimi biz heç bir halda əsası olmayan yazılar yazmırıq, bütün yazılarımız fakta əsaslanıb yazılır. Məqsədimiz də Ölkə başçımız cənab İlham Əliyevin çağırışına əsaslanır ki, cənab Prezident hər zaman jurnalistlərə və media nümayəndələrinə səslənib deyir ki, yerlərdə baş verən qanunsuzluqları, məmur özbaşınalıqlarını aşkar edib mənə ərizələr ve media vasitəsi ilə çatdırın. Bizdə cənab Prezidentin bu çağırışına qoşulub Naxçıvan səhiyyəsini bərbad hala salan əvvəlki korrupsioner səhiyyə naziri Samiq Sadıxovun qohumu və tərəfdaşı olan Zaur Həsənovun aşkar etdiyimiz özbaşınalıqlarını və korrupsiya əməllərini yazırıq ki, hüquq - mühafizə orqanlarına agah olsun ki, dövlət büdcəsinin talanmağının və korrupsiya əməllərinin qarşısı alınsın və işləmədikləri halda 0,5 ştat əlavə maaş yazdığı şəxslər Zaur Həsənovla əlbir olub qanunsuz aldıqları dövlətin pulunu dövlətə geri qaytarmalıdırlar, əgər qaytarmırlarsa Zaur Həsənovu məcbur edib bilərəkdən dövlət büdcəsinə vurduğu ziyanı büdcəyə bərpa etdirməlidirlər.
Zaur Həsənovun qanunsuzluqları bununla bitmir, digərləri növbəti yazılarımızda daha ətraflı yazılacaq.
Aşağıdakı siyahıda isə Zaur Həsənovun vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz 0,5 ştat əlavə verdikləri işçilərin adlı siyahısı yer alır.Ümid edirik hüquq - mühafizə orqanları tez müddətdə reaksiya verib dövlət büdcəsinin talanmağının qarşısını alarlar.
Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsdə Zaur Həsənovun qanunsuz 0,5 ŞTAT VƏZİFƏ verdikləri şəxslərin adlı siyahısı. Onu da əlavə edirik ki,siyahı tam deyil,digərlərini də aşkar edib növbəti yazılarımızda siyahıya əlavə edəcəyik.
Babayev Məmməd Əli Oğlu:
Əsas vəzifəsi – Şüa diaqnostikası üzrə şöbə müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Usm həkimi
Heydər Hüseynbəyli Elbəyi Oğlu:
Əsas vəzifəsi – Təcili yardım şöbəsinin müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım üzrə həkim
Könül Əliyeva Həsən Qızı:
Əsas vəzifəsi – Təcili yardım həkimi
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
Musa İsmayılov Zabit Oğlu:
Əsas vəzifəsi – Təcili yardım həkim
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
Zəka Əlisoy Etibar Oğlu:
Əsas vəzifəsi – Təcili yardım həkim
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
Mübariz İbrahimov İmran Oğlu:
Əsas vəzifəsi – Təcili yardım həkim
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
Mustafa Hüseynli Yusif Oğlu:
Əsas vəzifəsi – Terapiya şöbə müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Həkim kardioloq
Elnora Rızayeva :
Əsas vəzifəsi – Həkim terapevt
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
Vəli Məmmədov Abbas Oğlu:
Əsas vəzifəsi – Bölmə müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
Xanlar Nəcəfov Hüseyn Oğlu:
Əsas vəzifəsi – Həkim terapevt
Əlavə 0,5 ştat vəzifəsi – Həkim endokrinoloq
Firuzə Məmmədli Ceyhun Qızı:
Əsas vəzifəsi – Təcili yardım həkimi
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkimi
İlham Seyidov Mirmehti Oğlu:
Əsas vəzifəsi – Həkim terapevt
Əlavə 0,5 ştat vəzifəsi – Həkim endokrinoloq
İlqar İbrahimov İbrahim Oğlu:
Əsas vəzifəsi – Cərrahiyyə şöbə müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Həkim cərrah
Aysel Əliyeva İslam Qızı:
Əsas vəzifəsi – Həkim allerqoloq
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkim
Tamella İbrahimova Şamil:
Əsas vəzifəsi – Həkim ginekoloq
Əlavə 0,5 ştat vəzifəsi – Həkim ginekoloq
Malik Əsgərov Zakir Oğlu:
Əsas vəzifəsi – Təcili yardım şöbəsinin müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Həkim kardioloq
İsmayılov İsa Nəsəh Oğlu:
Əsas vəzifəsi – Cərrahiyyə şöbə müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Həkim cərrah
Abulova Xədicə Faiq Qızı:
Əsas vəzifəsi – Təcili yardım həkim
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkim
Mustafazadə Coşqun Qurban Oğlu:
Əsas vəzifəsi – Həkim infeksionist
Əlavə 0,5 ştat vəzifəsi – Təcili yardım həkim
Elnarə Həmdiyeva Firdovsi Qızı:
Əsas vəzifəsi – Baş tibb bacısı Ordubad Xəstəxana
Əlavə 0,5 ştat vəzifəsi – Əczaçı
Ceyran Ələkbərli Famil Qızı:
Əsas vəzifəsi – Əməliyyat tibb bacısı
Əlavə 0,5 ştat vəzifəsi – Usm tibb bacısı
Gülnar Yəhyayeva Çərkəz Qızı:
Əsas vəzifəsi – Əməliyyat tibb bacısı
Əlavə 0,5 ştat vəzifəsi – Tibbi statistik
Səmirə Babazadə Qənbər Qızı:
Əsas vəzifəsi – Böyük tibb bacısı
Əlavə 0,5 ştat vəzifəsi – Tibbi statistik
Əli Əlizadə Rza Oğlu:
Əsas vəzifəsi – Texnik
Əlavə 0,5 ştat vəzifəsi – Texnik oksigen üzrə
Kifayəт Hüseynova Abbasqulu Qızı:
Əsas vəzifəsi – Böyük tibb bacısı dializ
Əlavə 0,5 ştat vəzifəsi – tibb bacısı dializ
Pərviz Süleymanov Nəsrulla Oğlu:
Əsas vəzifəsi – Təsərrüfat müdiri
Əlavə 0,5 ştat vəzifəsi – Çilingər santexnik
