Nəriman start heyətində yer aldı, “Börnli” ilə heç-heçə etdilər

ABŞ-nin MLS-də çıxış edən futbol klubu "Kolambus Kryu" İngiltərə Çempionşip klubu "Börnli" ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib.

Referans Media  İdman.Biz-ə istinadən bildirir ki,  qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib.

Qeyd edək ki, oyunda hesab 48-ci dəqiqədə açılıb. Daniel Qazdag Hüqo Pikardın məhsuldar ötürməsindən sonra fərqlənərək meydan sahiblərini önə keçirib. Qonaqlar isə 87-ci dəqiqədə tarazlığı bərpa ediblər. Oluvaşeun Adevumi "Kolambus Kryu"nun müdafiəçilərinin səhvindən yararlanaraq uzaq dirək önündə topu qapıdan keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 1:1.

 
Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki