image-bedd165801bc387332506fb540c46189backend

Odessaya dəhşətli dron hücumu: çoxmərtəbəli binalar vuruldu, uşaqlar yaralandı – VİDEO

Rusiya ordusunun Odessaya həyata keçirdiyi kütləvi dron hücumu nəticəsində şəhərdə yaşayış binalarına zərbələr endirilib.

Referans Media xəbər verir ki, bu barədə Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, iki rayonda çoxmərtəbəli binalara zərbələr qeydə alınıb. Hadisələrdən birində yanğın baş verib. Uşaqlar da daxil olmaqla, xəsarət alanlar var.

Qeyd olunur ki, ruslar gecə saatlarında regionda yaşayış, logistika və enerji infrastrukturunu hədəfə alıblar. Odessada hücum nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan üçü uşaqdır.

Xəsarət alanlar arasında yeddi aylıq körpə də var. Körpənin və daha iki uşağın vəziyyəti orta ağır qiymətləndirilir. Dördüncü xəsarət alan kişi ağır vəziyyətdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki