image-analis-80backend

Ölkədə epidemiya elan olunacaq? – AÇIQLAMA

Son günlər yayılan xəstəlik sürətlə genişlənərək kütləvi xarakter alıb. Demək olar ki, hər ailədə yoluxma halları müşahidə olunur və simptomlar əvvəlki dövrlərlə müqayisədə daha ağır keçir. Mövcud vəziyyəti nəzərə alaraq, bu xəstəliyin epidemiya kimi qiymətləndirilməsi və rəsmi şəkildə epidemiya elan olunması ehtimalı varmı?

İnfeksionist Aytən Ziyadova Sfera.az-a açıqlamasında bildirib ki, son günlərdə yayılan xəstəlik sürətlə genişlənərək artıq kütləvi xarakter alıb. Onun sözlərinə görə, demək olar ki, hər ailədə yoluxma halları müşahidə olunur ki, bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir:

“Simptomların əvvəlki dövrlərlə müqayisədə daha ağır keçməsi infeksiyanın yeni və ya daha güclü bir variantının mövcudluğuna işarə edir. Xəstəliyin yayılması və şiddətinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur və bu fondda bir çox insan, xüsusən də səhiyyə mütəxəssisləri, xəstəliyin epidemiya kimi qiymətləndirilməsi və ya rəsmi şəkildə epidemiya elan olunması ehtimalı ilə bağlı suallar səsləndirir”.

İnfeksionistin fikrincə, bir xəstəliyin epidemiya kimi qiymətləndirilməsi bir neçə əsas amildən asılıdır:

“Yoluxma sürətinin artması, xəstəliyin geniş ərazilərə yayılması, simptomların ağırlaşması, xəstəxanaya yerləşdirmə və ölüm hallarının çoxalması bu amillər sırasındadır. Əgər əvvəlki dövrlərlə müqayisədə xəstəlik daha ağır keçir və səhiyyə sisteminə düşən yük artırsa, rəsmi qurumlar vəziyyəti ciddi şəkildə dəyərləndirə bilər. Bu halda epidemiya elan olunması yalnız yoluxmanın qarşısını almaq deyil, eyni zamanda əhalinin sağlamlığını qorumaq məqsədi daşıyacaq. Profilaktik tədbirlərin yetərsizliyi və xəstəliyin qlobal təhlükə yaratması halında isə Dünya Səhiyyə Təşkilatı və yerli səhiyyə qurumları müvafiq qərarlar qəbul edə bilərlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki