Özünü asan erməni hərbçiyə görə 4 nəfər həbs edildi

Ermənistanda intihar edən hərbçi Aramayis Gevorgyanın işi üzrə sənədlər məhkəməyə göndərilib. 

Referans Media  xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

İş üzrə 4 təqsirləndirilən şəxs var. 

Xatırladaq ki, 20 yaşlı Aramayis Gevorgyanın cəsədi bu ilin iyun ayında Qafandakı hərbi hissələrdən birində asılmış vəziyyətdə tapılıb. İttihama görə, tağım komandiri, kiçik çavuş, üç sıravi əsgərlə birlikdə səhlənkarlıqla Aramayis Gevorgyanın şəxsi şərəf və ləyaqətini alçaltmaqla onu intihar həddinə çatdırıb.

Dörd hərbçinin hamısı saxlanılıb./"Unikal"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki