“Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik. Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur.
Referans Media xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la 2-2 hesablı bərabərlikdən sonra mətbuat konfransında deyib.
“Səbail”lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq”, - R.Sadıqov qeyd edib./Oxu24.com/
