Azərbaycanda abortların sayı 5 ildə iki dəfədən çox artıb

Azərbaycanda abortların sayı son 5 ildə kəskin artım özünü göstərir.

Referans Media xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə ölkədə 46,9 min abort qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 95,3 minə çatıb.

Rəsmi rəqəmlərə görə, abortların illik dinamikası belədir:

– 2021-ci il – 46,9 min
– 2022-ci il – 58,0 min
– 2023-cü il – 73,8 min
– 2024-cü il – 78,2 min
– 2025-ci il – 95,3 min (95 344)

Ən kəskin artım son bir ildə qeydə alınıb. Belə ki, 2024-cü ildən 2025-ci ilə keçidə abortların sayı 17 mindən çox, yəni 21,9 faiz artıb.

Artımı göstərən daha bir kritik göstərici 15-49 yaşlı hər 100 doğuşa düşən abortların sayıdır.

2021-ci ildə hər 100 doğuşa 42,3 abort düşürdüsə, 2025-ci ildə bu rəqəm 100,7-yə yüksəlib. Yəni hazırda Azərbaycanda abortların sayı diri doğuşların sayını ötüb. Bunun səbəblərindən biri də doğuşların azalmasıdır. Belə ki, 2021-ci ildə 110,7 min doğuş qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 94,7 minə düşüb.

Ən sürətli artım dərman vasitəsi ilə olan abortlardadır. 2021-ci ildə cəmi 90 hal qeydə alınmışdısa, 2025-ci ildə 1049 hal qeydə alınıb. Yəni artım 11 dəfədən çoxdur.

Statistikada göstərilən məlumatlara əsasən isə birinci hamiləliyin pozulması hallarında azalma müşahidə olunur. 2024-cü ildə 2,3 min olan bu göstərici 2025-ci ildə 1,3 minə düşüb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki