“ABŞ və İran arasında aparılan danışıqlarda müəyyən razılaşma əldə olunub”.
Referans Media xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar deyib.
Onun sözlərinə görə, tərəflər İranın uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin azaldılması ilə bağlı razılığa gəliblər:
“Vaşinqton əvvəlcə nüvə ehtiyatlarının tam çıxarılmasını tələb etsə də, nəticədə daha yumşaq variant – zənginləşdirmənin azaldılması qəbul edilib. İranın nüvə materialları hələ də yeraltı obyektlərdə saxlanılır və tərəflər diplomatik həll yolunun daha məqsədəuyğun olduğu qənaətinə gəliblər.
Yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumlarının tətbiqi dayandırılacaq və boğaz müharibədən əvvəlki rejimə qaytarılmalıdır. Çin də Hörmüzdən sərbəst və rüsum olmadan keçidi dəstəkləyirik.
ABŞ–İran danışıqları çərçivəsində fəaliyyət göstərən üç texniki qrup İranın nüvə proqramı, Livandakı vəziyyət və dondurulmuş İran aktivlərinin qaytarılması məsələlərini müzakirə edir”.
