Azərbaycanın U-15, U-16, U-17 və U-18 milli komandasının baş məşqçisi Aqil Nəbiyev diqqət mərkəzinə düşüb.
Referans Media xəbər verir ki, 44 yaşlı mütəxəssis məşqçilərlə bağlı imtahandan kəsilib.
Pro kateqoriyası almaq istəyən Nəbiyevin cəhdi uğursuz olub. O, ən yüksək kateqoriya ilə bağlı bir sıra tələbləri yerinə yetirə bilməyib./Publika.az
