Kerç yarımadasına hücum: cinayət işi açıldı

Rusiyanın İstintaq Komitəsi Kerç yarımadasına edilən hücumla bağlı terror aktı maddəsi üzrə cinayət işi açıb.

Referans Media xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

“Cinayət işi Ukrayna Silahlı Qüvvələrinin Kerç yarımadasında mülki infrastruktur obyektlərinə kütləvi pilotsuz uçuş aparatları ilə hücumu ilə əlaqədar başlanıb”, – deyə o bildirib.

İstintaq orqanları hadisənin bütün təfərrüatlarını və hücuma aidiyyəti olan şəxsləri müəyyənləşdirir.

Qeyd edək ki, 21 iyunda Kerç yarımadası və Kerç boğazındakı bərə keçidi Ukrayna dronlarının hücumuna məruz qalıb./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki