Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib.
Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib.
Yaralanan 3 qadının həyatına təhlükə yoxdur.
Hücumlardan sonra qaçan şəxs daha sonra Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.
Hadisə ilə bağlı istintaq aparılır, hücumun motivləri müəyyənləşdirilir.//publika.az
