Əraqçidən müharibə anonsu – Rəsmən elan etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdəki cari vəziyyətlə bağlı sərt açıqlama verərək, bölgədə lokal və ya hissəli sülhün əldə olunmasının qeyri-mümkün olduğunu bildirib.

Referans Media xəbər verir ki, nazir mövcud gərginliyin tək bir nöqtə ilə məhdudlaşmayacağını vurğulayıb. Onun sözlərinə görə, müharibə hələ davam edəcək:

“Bölgənin bir hissəsində müharibə aparıb, digər hissəsində sülh və sakitlik gözləmək qeyri-mümkündür”.

Əraqçi münaqişənin yalnız bütün cəbhələrdə eyni vaxtda başa çatacağı təqdirdə nizamana biləcəyini qeyd edib. O, əks halda Yaxın Şərqin tam və nəzarətsiz qeyri-sabitlik dalğası ilə üzləşəcəyi barədə xəbərdarlıq edib./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki