Ukraynanın Kiyevin üç milyon sakini 2022-ci ildə hərbi əməliyyatların başlanmasından bəri ən ağır və çətin qış mövsümünə hazırlaşır.
Referans Media xəbər verir ki, bu barədə “The Wall Street Journal”qəzetinin dərc etdiyi məlumatda qeyd olunub. Bildirilir ki, Yaranan ciddi enerji böhranı fonunda bəzi sakinlər şəhəri tərk etməyi düşünürlər.
Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynanın enerji infrastrukturu ötən müddət ərzində bərpaolunmaz ziyana məruz qalıb.
Məhz bu səbəbdən paytaxt sakinləri bu il Rusiya hücumlarının fəsadlarından daha şiddətli əziyyət çəkirlər.
Ekspert qarşıdakı aylarla bağlı sərt proqnoz verib:
“Bu qış bir sıra elektrik kəsintiləri, təcili təmir işləri, elektrik enerjisinin bərpası və daha çox kəsintilər olacaq”.
