image-temirbackend

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır – FOTO

Həftəsonu paytaxtda təmir işlərinin davam etdirilməsi ilə bağlı olaraq bir sıra ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.

Bu barədə Referans Media-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 01 may saat 23:00-dan 04 may saat 07:00-dək paytaxtın Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası), Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası), Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası) hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Eyni zamanda 01–03 may tarixlərində xarici dairəvi yolda (“20 Yanvar” istiqaməti) hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət, 01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət tətbiq olunacaq.

Məlumat üçün bildirək ki, xarici dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki