Pənah Hüseyn Elçibəylə bağlı tarixi sirri açdı – seçkidən əvvəl PA-da nə baş verib?

Sabiq baş nazir Pənah Hüseyn “Reaksiya” TV-ə müsahibəsində maraqlı fakt açıqlayıb.

Referans Media  xəbər verir ki, o, Əbülfəz Elçibəyin 1992-ci ildə prezident vəzifəsinin icrasına başlamazdan öncə Prezident Administrasiyasındakı (PA) kabinetdə fəaliyyət göstərdiyini bildirib.

P.Hüseyn deyib ki, 18 may 1992-ci ildə İsa Qəmbər Ali Sovetin (Milli Məclisin) sədri seçilib və prezidentin səlahiyyətlərini müvəqqəti icra edib.

Elçibəy isə 7 iyun tarixində prezident seçilib və 17 iyunda and içib, vəzifəsinin icrasına başlayıb. 1 ay müddətdə Əbülfəz Elçibəy PA-da dövlət başçısının iş kabineti olan mərtəbədə oturub və idarəetməyə birbaşa nəzarəti həyata keçirib. P.Hüseyn onu da deyib ki, bu vaxt ərzində bütün təyinatlar və qərarlar Ə. Elçibəylə razılaşdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki