Rusiya hazırda çoxsaylı çağırışlarla üz-üzədir. Bunu ölkə prezidenti Vladimir Putin bildirib.
Referans Media xəbər verir ki, Putin bu barədə “Vahid Rusiya” partiyasının XXIII qurultayında çıxışı zamanı danışıb.
“Qarşımızda çoxlu çağırışlar var”, – deyə Rusiya prezidenti qeyd edib.
Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Rusiya qarşısına ambisiyalı hədəflər qoyur, inkişaf edir və genişmiqyaslı layihələr həyata keçirir. Putin bildirib ki, bu, ölkənin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edir.
“Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə ölkənin qarşısında dayanan çağırışların yeddi olduğunu bildirib./Sfera.az/
