Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 5-ci xidmətinin rəhbəri, general-leytenant Aleksey Viktoroviç Komkovun Ermənistan müxalifəti ilə bağlı Rusiyanın fəaliyyətinə nəzarət edir.
Referans Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, yayılan məlumatlara görə, 2024-cü ildən FTX-nin 5-ci xidmətinə rəhbərlik edən Komkov Azərbaycanda, Bakı şəhərində doğulub.
Komkov bundan əvvəl FTX-nin şəxsi təhlükəsizlik strukturuna rəhbərlik edib, daha sonra isə hərbi əks-kəşfiyyat xidmətinin rəhbər müavini vəzifəsində çalışıb.
Məlumatda bildirilir ki, FTX-nin 5-ci xidməti Rusiyanın postsovet məkanında, o cümlədən Ermənistanda operativ təsir imkanlarının həyata keçirilməsində mühüm rol oynayır.
İddialara görə, Ermənistan müxalifəti ilə bağlı Rusiya xəttinin əsas koordinasiya mexanizmlərindən biri də məhz bu struktur üzərindən həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Ermənistanın sabiq baş naziri Karen Karapetyan və müxalifət düşərgəsindəki digər fiqurların da yer aldığı bildirilir.
Həmçinin Ermənistanın dini çevrələrindəki bəzi şəxslərlə bağlı Rusiyanın təsir mexanizmlərinin mövcud olduğu iddia edilir./Modern.az/
