Mikayıl Cabbarov: "Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndirilməsi üçün geniş imkanlar var"

Azərbaycan və Özbəkistan iqtisadi əlaqələrin şaxələndirilməsi imkanlarını müzakirə ediblər.

Referans Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və digər həmkarları ilə birlikdə IV Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak ediblər.

"Strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin intensiv inkişafını vurğuladıq, birgə fəaliyyətin şaxələndirilməsi və regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu qeyd etdik. Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanlarını dəyərləndirdik",-deyə M. Cabbarov qeyd edib./Report/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki