İsrailin hücumu: Qəzzada ölənlərin sayı açıqlandı

İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 73 419-a, yaralananların sayının isə 174 364-ə çatıb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qəzzə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 48 saat ərzində Qəzzadakı xəstəxanalara 2 ölü və 4 yaralının gətirilib.

Bundan əlavə, Qəzzada 2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən bu yana İsrailin hücumları nəticəsində 1 285 nəfərin öldüyü, 4 252 nəfərin yaralandığı, dağıntılar altından isə 813 nəfərin meyitinin çıxarıldığı qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki