image-aybackend

Qanlı Ay Tutulması ilə başlayan mart ayının şüarı: “Sezgili və Cəsarətli”

Mart ayı astroloji baxımdan dönüş nöqtəsi kimi qarşımıza çıxır. Marsın 2 mart tarixində Balıqlar bürcünə keçidi ilə ayın enerjisi sanki ahənglə hərəkət edir, yumşaq, amma bir o qədər də təsirli bir atmosfer yaradır. Bu dövrdə emosional motivasiya artır, sezgilər isə daxili kompas kimi həyatımıza istiqamət verir və taleyüklü anların şahidi ola bilərik.

Ardınca 3 martda Qız bürcündə baş verəcək Tam Ay Tutulması ilə uzun müddətdir təxirə saldığınız və ya görməzdən gəldiyiniz mövzular üzə çıxacaq. İstər karyeranızda, istərsə də şəxsi həyatınızda bəzi qapılar bağlanacaq, digərləri isə yeni başlanğıclar üçün açılacaq.

Mart ayı həm emosional, həm də zehni gücünüzü sınayacaq bir dövr olacaq. Bu ay seçimlərinizi edərkən cəsarətli olun, lakin tarazlığı qorumağı da unutmayın.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki