Qayınana kürəkənini niyə öldürdü? – Şok ifadə ortaya çıxdı

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olan ailədə baş verən qanlı hadisənin təfərrüatları məlum olub. Kürəkəni Rüzgar Eseri bıçaqlayaraq öldürən qayınana Delal A.-nın polisə verdiyi ifadə ictimaiyyətdə böyük rezonans doğurub.

Referans Media xəbər verir ki, hadisə Eliktepe məhəlləsində baş verib. İddialara görə, haqqında uzaqlaşdırma qərarı olan 33 yaşlı Rüzgar Eser boşanmaq üzrə olduğu həyat yoldaşı Nurşin E.-nin yaşadığı evə gəlib. Əvvəlcə tərəflər arasında sakit başlayan söhbət qısa müddət sonra mübahisəyə çevrilib.

Mübahisə zamanı Rüzgar Eser silah çıxararaq həyat yoldaşına atəş açıb. Hadisə zamanı evdə olan baldızı Betül E. və qayınanası Delal A. da zorakılığa məruz qalıb.

“Əgər müdaxilə etməsəydim, hamımızı öldürəcəkdi”

Hadisədən sonra saxlanılan Delal A. polisə verdiyi ifadədə bunları deyib:

“Qızımla danışmağa başlayandan təxminən 10 dəqiqə sonra yenidən mübahisə etdilər. Birdən silahını çıxarıb atəş açmağa başladı. Mən də ona mane olmaq üçün mətbəxə qaçıb bıçaq götürdüm. Qızıma yenidən atəş açmağa çalışanda aramızda boğuşma oldu. Əlimdəki bıçağı təsadüfi şəkildə yellədim. Əgər müdaxilə etməsəydim, hamımızı öldürəcəkdi”.

Boğuşma zamanı Delal A.-nın vurduğu bıçaq zərbəsi Rüzgar Eserin sinəsinə dəyib. Ağır yaralanan şəxs hadisə yerində həyatını itirib.

Silahla yaralanan Nurşin E. xəstəxanaya yerləşdirilib. Delal A. və digər qızı Betül E. isə aldıqları xəsarətlərdən sonra müalicə olunaraq polis tərəfindən saxlanılıb.

Şübhəlilər məhkəməyə göndərildi

Cinayətkarlıqla Mübarizə İdarəsində ifadələri alınan Delal A. və Betül E. daha sonra ədliyyəyə sövq ediliblər. Hadisə ilə bağlı araşdırma davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki