İsveçrə Şimali Koreya ilə diplomatik əlaqələri bərpa etdi

İsveçrə Pxenyandakı diplomatik ofisinin fəaliyyətini bərpa edib və Koreya yarımadasında gərginliyin artması fonunda Şimali və Cənubi Koreya arasında dialoqun yenidən qurulmasına yardım təklif edib.

Referans Media xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
 

İsveçrənin xarici işlər naziri İqnazio Kassis oktyabrın 29-30-da Pxenyana səfər edib. O, 2003-cü ildən bəri Şimali Koreyaya səfər edən ilk İsveçrə xarici işlər naziri olub. Pxenyandakı diplomatik ofis oktyabrın 19-da fəaliyyətini bərpa edib.


Kassis Şimali Koreyanın xarici işlər naziri Çoy Son Hi ilə görüşündə siyasi dialoqun bərpası və təhlükəsizlik məsələlərini müzakirə edib. İsveçrə tərəflərə gərginliyin azaldılmasında kömək təklif edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki