Ələt-Astara yolunda ağır qəza: 2 nəfər öldü

Ələt-Astara yolunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Referans Media xəbər verir ki, hadisə magistral yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 56 yaşlı Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil yük avtomobilinə çırpılıb. İdarəetmədən çıxan maşın dəmir arakəsmələrə çırpılıb. Nəticədə sürücü və həmkəndlisi olan 53 yaşlı Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki